Bakının bu rayonlarında İŞIQ OLMAYACAQ

09:22 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Hafta.az xəbər verir ki, fasilə saat 10:00-dan 13:00-dək Hüseyn Cavid, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Sübhi Salayev, Cabbar Qaryağdıoğlu, Nizami Abdullayev və Əfkarlı küçələrinin bəzi yerlərini əhatə edəcək.